191
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin imzaladığı Sərəncama əsasən, Nihad Ənvər oğlu Şıxəliyevə “ədliyyə general-mayoru” ali hərbi rütbəsi verilib.
Ucnoqta.az xəbər verir ki, Nihad Ənvər oğlu Şıxəliyev Respublika Hərbi prokurorunun müavinidir.
Bu təyinatadək Hərbi Prokurorluğun Ərizə və müraciətlər (sənədlərlə və müraciətlərlə işin təşkili) şöbəsinin rəisi olub.
2025-ci ilin iyul ayında Baş prokuror Kamran Əliyevin əmri ilə bu vəzifəyə təyin olunub və həmin postda Mehdi Hüseynzadəni əvəzləyib.
