35
Bakıda universitetlər sabahdan ənənəvi tədrisə qayıdır
Ucnoqta.az xəbər verir ki, Formula 1 üzrə Azərbaycan Qran-Prisinin keçirilməsi ilə əlaqədar Bakı şəhərində fəaliyyət göstərən ali təhsil müəssisələrində tətbiq olunan distant tədris başa çatır.
Elm və Təhsil Nazirliyinin müvafiq əmrinə əsasən, sentyabrın 23-25-də paytaxtdakı ali təhsil müəssisələrində tədris prosesi məsafədən təşkil olunub.
Sentyabrın 26-27-si şənbə və bazar günlərinə təsadüf etdiyindən, ali təhsil müəssisələrində dərslər sentyabrın 28-dən etibarən ənənəvi formada keçiriləcək.
