38
Sudanda “Çevik Dəstək Qüvvələri”nin (ÇDQ) pilotsuz uçuş aparatları ölkənin Əl-Cəzirə əyalətində yerləşən böyük Umm-Aleila neft anbarına hücum edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Sudan Tribune məlumat yayıb.
Məlumata görə, obyekt Vad-Medani şəhərindən təxminən 20 kilometr məsafədə yerləşir. Bir neçə partlayışdan sonra neft anbarında yanğın başlayıb və alov neft məhsulları olan bir neçə çəni əhatə edib.
Hadisə nəticəsində ölən və yaralananlar barədə hələlik məlumat yoxdur.
Sudan Silahlı Qüvvələri hücumda iştirak edən PUA-lardan birinin hava hücumundan müdafiə sistemləri tərəfindən vurulduğunu açıqlayıb. Digər pilotsuz aparatlar isə neft anbarının yerləşdiyi əraziyə çatıb.
