33
Pakistan Silahlı Qüvvələri Əfqanıstanla sərhəddə, Gülistan bölgəsində Taliban döyüşçülərinin hücumunun qarşısını alıb.
Ucnoqta.az xəbər verir ki, “Reuters”in məlumatına görə, toqquşma zamanı Pakistan təhlükəsizlik qüvvələri bir neçə əfqan silahlını zərərsizləşdirib. Hadisə iki ölkə arasındakı sərhəddə gərginliyin yenidən artmasına səbəb olub.
Pakistan tərəfinin məlumatına görə, hücumlar nəticəsində 28 terrorçu öldürülüb. Əfqanıstan tərəfi isə üç mülki şəxsin həyatını itirdiyini açıqlayıb.
