29
Yaponiya Müdafiə Nazirliyi 2036-cı ilin yazına qədər ölkənin süni peyklərini mümkün hücumlardan qoruyacaq altı hərbi kosmik aparatdan ibarət qrup yaratmağı planlaşdırır.
Ucnoqta.az xəbər verir ki, bu barədə “Yomiuri” qəzeti hökumətdəki mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, belə bir peyk qrupunun yaradılması ilə bağlı müddəanın ilin sonunda Nazirlər Kabinetinin qəbul etməyi planlaşdırdığı təhlükəsizlik sahəsində əsas sənədlərə daxil edilməsi nəzərdə tutulur.
Bildirilir ki, “peyk-mühafizəçilər” Yaponiyanın mülki orbital aparatlarının ətrafındakı vəziyyəti izləyəcək. Onların əsas vəzifələrindən biri potensial rəqiblərin peyklərə yaxınlaşmasının qarşısını almaq olacaq.
