29
Rusiya hava hücumundan müdafiə qüvvələri ötən gecə ölkənin müxtəlif regionları üzərində Ukraynaya məxsus 411 pilotsuz uçuş aparatını (PUA) ələ keçirərək məhv edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirliyin açıqlamasında bildirilir ki, hava hücumundan müdafiə sistemləri gecə saatlarında Rusiyanın müxtəlif ərazilərində hava məkanına daxil olan pilotsuz uçuş aparatlarını aşkar edərək zərərsizləşdirib.
