41
Hindistanın Müdafiə Araşdırmaları və İnkişafı Təşkilatı (DRDO) manevr etmək və uçuş zamanı trayektoriyasını dəyişmək qabiliyyətinə malik yerli istehsal olan “Pralay” kvaziballistik raketinin uğurlu sınağını keçirib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Hindistanın Müdafiə Nazirliyi məlumat yayıb.
Sınaq ölkənin şərqində yerləşən Odişa ştatının sahillərində raketin silahlanmaya qəbul edilməzdən əvvəl texniki göstəricilərinin qiymətləndirilməsi çərçivəsində baş tutub. Müdafiə Nazirliyinin məlumatına görə, qarşıya qoyulan bütün tapşırıqlar uğurla yerinə yetirilib.
Hindistanın müdafiə naziri Racnat Sinq bildirib ki, uğurlu sınaq ölkənin müdafiə potensialının gücləndirilməsi istiqamətində daha bir mühüm mərhələdir.
