6 noyabr maksimalist yanaşma tələb edən gündür. Bu gün hətta məişət işlərinə belə geniş miqyasda yanaşmaq, xırda məsələlərə vaxt sərf etməmək tövsiyə olunur.
Ucnoqta.az bildirir ki, qarşınıza ciddi və zəhmət tələb edən məqsəd qoymusunuzsa, diqqətinizi yalnız onun həyata keçirilməsinə yönəldin. Gün həm də planlaşdırma üçün əlverişlidir. Bu gün müəyyənləşdirilən hədəflərə nail olmaq daha asan olacaq.
Qoç
Yeni peşəkar layihələrin həyata keçirilməsini, mühüm müqavilələrin imzalanmasını və ciddi sövdələşmələrin bağlanmasını başqa günə saxlamaq məsləhətdir. Bu gün gözlədiyiniz nəticəni əldə etmək çətin ola bilər.
Buğa
Gün ərzində baş verən hadisələrə diqqətlə yanaşın. Onlar həyatınızda baş verən, lakin hələ tam anlamadığınız mühüm məsələlərin mahiyyətini dərk etməyə kömək edə bilər.
Əkizlər
Ətrafınızdakı insanların təxribatlarına uymayın və emosiyalarınızı idarə edin. Bu gün boş yerə sərf edəcəyiniz enerji daha vacib işlər üçün lazım olacaq.
Xərçəng
Vacib sualların cavabını məntiqdən çox intuisiyanızda axtarın. Bu gün daxili hissləriniz sizə düzgün istiqamət göstərə bilər. Bunun üçün intuisiyanızın göndərdiyi işarələrə diqqət yetirin.
Şir
Baş verən hadisələrə görə narahat olmayın. İlk baxışda ciddi görünən məsələlərə zaman keçdikcə fərqli yanaşa və fikrinizi dəyişə bilərsiniz.
Qız
Bu gün sizə verilən suallara, xüsusilə yeni vəzifə təklifi kimi mühüm məsələlərə dərhal cavab verməyin. Qərar verməzdən əvvəl bütün müsbət və mənfi tərəfləri diqqətlə ölçüb-biçin.
Tərəzi
Gücünüzü bərpa etmək üçün aktiv istirahətə üstünlük verin. Divanda telefonla vaxt keçirmək əvəzinə idmanla məşğul olun və ya sürətli gəzintiyə çıxın.
Əqrəb
Emosiyalarınızın davranışınıza təsir etməsinə imkan verməyin. Əks halda ətrafınızdakı insanlardan biri ilə uzun müddət davam edəcək mübahisə yaşaya bilərsiniz.
Oxatan
Mövcud peşəkar və şəxsi vəziyyətdə ilk növbədə öz maraqlarınızı düşünməlisiniz. Hətta söhbət yaxın insanlardan getsə belə, özünüzə qayğı göstərməyi unutmayın.
Oğlaq
Maddi və mənəvi dəyərlər arasında seçim etməli olsanız, mənəvi tərəfə üstünlük verin. Klassik musiqi dinləmək və ya sevdiyiniz şairin şeirlərini oxumaq sizə gələn həftə üçün enerji verə bilər.
Dolça
Sizə qarşı mənfi münasibət bəsləyən insanlarla ünsiyyətdən uzaq durun. Belə söhbətlər əhvalınızı poza, hətta psixoloji gərginliyə səbəb ola bilər.
Balıqlar
Bu gün yaxınlarınıza maksimum diqqət və vaxt ayırın. Xüsusilə yaşlı ailə üzvlərini və uşaqları diqqətdən kənarda qoymayın. Digər doğmalarınızı da unutmayın.
6 noyabr üçün ulduz falı: Bu gün xırda işlərə vaxt itirməyin
36
Əvvəlki yazı
