36
İtaliyanın Milan şəhərindən Rumıniyanın paytaxtı Buxarestə uçan “Wizz Air” aviaşirkətinə məxsus təyyarənin ekipajı bomba partlayışı təhlükəsi barədə məlumat verib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Rumıniya İnformasiya Xidməti (RSI) məlumat yayıb.
Bildirilib ki, təyyarə yerli vaxtla saat 11:09-da Henri Koanda Beynəlxalq Hava Limanına enib. Ekipaj enişdən əvvəl hava limanının dispetçer xidmətinə bomba təhlükəsi barədə xəbərdarlıq edib. Bundan sonra hava limanında böhran vəziyyətinin idarə olunması mərkəzi yaradılıb.
Məlumata görə, təyyarədəki 182 sərnişin və 7 ekipaj üzvü təxliyə edilərək terminala yerləşdirilib.
Hazırda Rumıniya İnformasiya Xidmətinin mütəxəssisləri təyyarədə partlayıcı qurğunun olub-olmadığını yoxlayırlar.
