48
Münhendə hoteldə ana və 13 yaşlı oğlunun meyiti tapılıb
Ucnoqta.az xəbər verir ki, bu barədə Almaniyanın “Bild” qəzeti məlumat yayıb.
Məlumata görə, noyabrın 4-də səhər saatlarında Münhen polisi şəhərin əsas dəmir yolu vağzalının yaxınlığında yerləşən “Eden Hotel Wolff” hotelində qadının və 13 yaşlı oğlanın meyitlərini aşkarlayıb. Onların Ukrayna vətəndaşı olduğu ehtimal edilir.
İlkin ehtimala görə, qadın əvvəlcə oğlunu zəhərləyib, daha sonra isə intihar edib. Onun meyitində xəsarət izləri də aşkarlanıb.
Hadisə ilə bağlı araşdırma davam etdirilir.
