39
Qızılın qiyməti 4 150 dolları ötdü
Ucnoqta.az xəbər verir ki, Comex birjasında 2026-cı ilin dekabr ayında çatdırılma ilə qızıl fyuçerslərinin qiyməti oktyabrın 21-dən bəri ilk dəfə troya unsiyası üçün 4 150 dolları ötüb.
Bakı vaxtı ilə saat 07:54-də qızılın qiyməti 5,39% artaraq 4 152,9 dollara çatıb.
Saat 08:10-da isə artım tempi bir qədər zəifləyərək 5,34% artımla 4 150,7 dollar təşkil edib.
