46
Noyabrın 5-7-də Günəş aktivliyinin mülayim olacağı, güclü maqnit qasırğalarının gözlənilmədiyi bildirilir.
Ucnoqta.az xəbər verir ki, bu barədə ABŞ Milli Okean və Atmosfer Administrasiyasının (NOAA) Kosmik Hava Proqnozlaşdırma Mərkəzi məlumat yayıb.
Proqnoza görə, qeyd olunan günlərdə geomaqnit aktivliyi K-indeksinin 3-4 səviyyəsində dəyişə bilər. Bu göstəricilər maqnit sahəsinin sakit və ya zəif həyəcanlı vəziyyətinə uyğundur və maqnit qasırğası səviyyəsinə çatmır.
Cümə axşamı geomaqnit aktivliyinin bir qədər artacağı ehtimal olunur. Cümə və şənbə günləri isə ciddi maqnit dəyişiklikləri gözlənilmir.
