30
İsveçli dirijor və musiqiçi Herbert Blomstedt 100 yaşında vəfat edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə klassik musiqi üzrə konsert agentliyi “KünstlerSekretariat am Gasteig” məlumat yayıb.
Agentliyin açıqlamasına görə, Blomstedt 2026-cı il noyabrın 4-də ailə üzvlərinin əhatəsində, Göteborqdakı evində dünyasını dəyişib.
70 illik karyerası ərzində dirijor bir çox musiqi mükafatına layiq görülüb. Onların arasında musiqiyə verdiyi mühüm töhfələrə görə Yaponiyanın “Praemium Imperiale” mükafatı da var.
