36
ABŞ Prezidenti Donald Trampın administrasiyasının Konqresə aralıq seçkilərin nəticələrinə etiraz etmək üçün hər hansı addım atacağı gözlənilmir.
Ucnoqta.az bildirir ki, CNN telekanalının məlumatına görə, demokratların seçkilərdə əldə etdiyi nəticə o qədər uğurlu olub ki, Trampın komandası nəticələrə etiraz etməyi məqsədəuyğun hesab etmir.
“Əslində, saxtalaşdırmaq üçün fərq həddindən artıq böyük idi”, – deyə Trampın adının açıqlanmasını istəməyən müşaviri bildirib.
