41
İsrail Mərkəzi Seçki Komissiyasının rəhbərliyi oktyabrın 27-də keçirilən Knesset (birpalatalı parlament) seçkilərinin nəticələrini təsdiqləyib.
Ucnoqta.az xəbər verir ki, N12 telekanalının məlumatına görə, komissiyanın ali rəhbərliyinin üç üzvü nəticələrin təsdiqinə səs verib, iki üzv isə bitərəf qalıb.
Komissiyanın açıqlamasında bildirilib ki, siyasi partiyalardan daxil olan bütün müraciətlərə baxılıb və seçkilərin ədalətliliyinə təsir göstərə biləcək hər hansı qanun pozuntusu aşkarlanmayıb.
