34
Hindistan Hərbi Dəniz Qüvvələri Somali sahillərində quldurların ələ keçirdiyi balıqçı gəmisinin 20 nəfərlik heyətini azad edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə ANI agentliyi məlumat yayıb.
İki gündən çox davam edən əməliyyata Hindistan Hərbi Dəniz Qüvvələrinin gəmisi, kəşfiyyat təyyarəsi və xüsusi təyinatlı qüvvələr cəlb olunub. Xüsusi təyinatlılar C-17 hərbi-nəqliyyat təyyarəsindən paraşütlə ələ keçirilmiş “Azini” tral gəmisinə eniblər.
Əməliyyat nəticəsində girov saxlanılan 20 dənizçinin hamısı azad edilib. Hadisə zamanı nə heyət üzvləri, nə də hindistanlı hərbçilər xəsarət alıblar.
Məlumata görə, quldurlar oktyabr ayında ələ keçirdikləri gəmidən ticarət gəmilərinə hücumlar üçün üzən baza kimi istifadə etməyi planlaşdırıblar.
