49
İran parlamentinin hazırkı deputatı, 2005–2010-cu illərdə ölkənin xarici işlər naziri olmuş Manuçöhr Mottəki Avropa ölkələrini Tehranla müharibəyə qoşulmamaq barədə xəbərdar edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə İranın IRIB telekanalı məlumat yayıb. Mottəki ABŞ hərbi təyyarələrinin İrana qarşı əməliyyatlar aparmaq üçün İngiltərə, Almaniya, İtaliya və Portuqaliyanın hərbi bazalarından istifadə etdiyini iddia edib.
Onun sözlərinə görə, hazırda İran üçün təhlükə yaradan və ölkəyə qarşı istifadə edilən coğrafi məkan Avropadır.
Mottəki ABŞ-a yardım edən ölkələrdən İran xalqından üzr istəməyi tələb edib. O, həmçinin Tehranın raketlərinin Avropaya da çata biləcəyini vurğulayıb.
