33
Bitcoinin qiyməti oktyabr ayının yekunlarına görə sentyabrın sonundakı göstərici ilə müqayisədə 7,32% azalıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Coinglass platformasının məlumatlarında bildirilib.
Oktyabr ayı üzrə daha böyük qiymət enişi sonuncu dəfə 2014-cü ildə qeydə alınıb. Həmin vaxt kriptovalyuta 12,57% ucuzlaşıb.
Bitcoin 2018-ci ildə oktyabrı 4,65%, 2025-ci ildə isə 3,95% azalma ilə başa vurub. Araşdırılan digər illərdə isə kriptovalyuta oktyabr ayını artımla tamamlayıb.
