36
Oman sahillərində naməlum mərminin dəyməsi nəticəsində gəminin gövdəsində dəlik yaranıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinin Dəniz Ticarət Daşımalarının Koordinasiya Mərkəzi (UKMTO) məlumat yayıb.
Məlumata görə, hadisə Oman sahillərindən 9 dəniz mili şimal-şərqdə, Lima şəhəri yaxınlığında baş verib. Gəminin kapitanı naməlum mərminin sağ bortu zədələdiyini bildirib.
UKMTO gəminin və ekipaj üzvlərinin təhlükəsiz olduğunu açıqlayıb. Hadisə hücum kimi qiymətləndirilsə də, gəminin adı və növü barədə məlumat verilməyib.
