40
NATO və Ukrayna Kiyevin alyansın DIANA proqramına çıxışını nəzərdə tutan anlaşma memorandumu imzalayıb. Proqram mülki sahədə hazırlanan texnologiyaların hərbi ehtiyaclara uyğunlaşdırılmasını, ikili təyinatlı texnologiyaların hazırlanmasına, maliyyələşdirilməsinə və tətbiqinə dəstək göstərilməsini nəzərdə tutur.
Ucnoqta.az xəbər verir ki, bu barədə Ukraynanın NATO yanında daimi nümayəndəliyinin rəsmi saytında məlumat verilib.
Qeyd olunub ki, DIANA fondu ilə Ukrayna Müdafiə Nazirliyi arasında imzalanan memorandum yerli şirkət və startaplara NATO ölkələrində keçirilən tenderlərdə və qrant müsabiqələrində iştirak etmək, eləcə də 200-dən çox sınaq poliqonundan istifadə etmək imkanı yaradacaq.
