74
Oktyabrın 25-dən etibarən Hörmüz boğazında qaydaları pozan 11 tanker yanıb, onlardan bəziləri batıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri məlumat yayıb.
“Oktyabrın 25-dən (CENTCOM komandanı Bredli Kuperin Hörmüz boğazına nümayişkaranə səfər etdiyi tarixdən) bu günə qədər, yəni doqquz gün ərzində boğazda qaydaları pozan 11 tanker yanıb, bəziləri isə dənizin dibinə gedib”, – deyə SEPAH-ın Hərbi Dəniz Qüvvələrinin “X” sosial şəbəkəsindəki paylaşımında bildirilib.
