30
Bu il oktyabrın sonuna Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları 15 milyard 430,4 milyon ABŞ dolları təşkil edib.
Ucnoqta.az Mərkəzi Banka istinadən xəbər verir ki, bu, sentyabrın sonu ilə müqayisədə 67 milyon dollar və ya 0,44% çoxdur.
Ötən ilin oktyabr ayının sonu ilə müqayisədə isə ehtiyatlar 4 milyard 62,1 milyon dollar və ya 35,73% artıb.
Bu ilin yanvar-oktyabr aylarında Mərkəzi Bankın valyuta ehtiyatları 3 milyard 915,5 milyon dollar və ya 34% artıb.///APA
