Kriptovalyuta birjası “Binance”in istifadəçiləri haker hücumu səbəbindən müvəqqəti dayandırılan vəsait çıxarılması funksiyası bərpa edildikdən sonra platformadan təxminən 3,64 milyard dollar çıxarıblar.
Ucnoqta.az xəbər verir ki, bu barədə “Binance” X sosial şəbəkəsində məlumat yayıb.
Bildirilib ki, birja ümumilikdə 4,649 milyard dollar məbləğində vəsaitin çıxarılmasını, 1,01 milyard dollar məbləğində isə hesablara mədaxili emal edib. Nəticədə xalis vəsait axını 3,64 milyard dollar təşkil edib.
Şirkətin məlumatına görə, ilkin kəskin artımdan sonra vəsait çıxarılmasının həcmi azalıb və gözlənildiyi kimi sabitləşib.
Qeyd edək ki, oktyabrın 29-da “Binance” haker hücumuna məruz qaldığını açıqlamışdı. Hücum nəticəsində itkilərin 6,3 milyard dollar ola biləcəyi bildirilirdi.
