7
ABŞ-ın Florida ştatının Palm Biç şəhərində təyyarə küçələrdən birinə düşüb.
Ucnoqta.az xəbər verir ki, bu barədə yerli “Boca News” portalı mənbələrə istinadən məlumat yayıb.
Təyyarənin hansı tipə aid olduğu məlum deyil. Hadisə nəticəsində xəsarət alanlar barədə məlumat verilməyib.
Portalın dərc etdiyi fotoda təyyarənin düşməsi nəticəsində yaranan çuxur və baş verən yanğın görünür.
