15
Suriyanın xüsusi xidmət orqanları Homs şəhərindəki neft emalı zavoduna qarşı planlaşdırılan terror aktının qarşısını alıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Suriyanın keçid hökumətinin Daxili İşlər Nazirliyinin Baş Kəşfiyyat İdarəsi məlumat yayıb.
Bildirilib ki, xüsusi xidmət orqanları terror qruplaşmasının hərəkətlərini izləyərək ərazini mühasirəyə alıb və hücumdan əvvəl silahlıları saxlayıb.
Əməliyyat zamanı saxlanılan şəxslərdən kamikadze kəmərləri, kustar üsulla hazırlanmış partlayıcı qurğular, məsafədən partlatma avadanlıqları və zavodun ətraflı xəritələri götürülüb.
Məlumata görə, əməliyyat zamanı xüsusi xidmət əməkdaşları arasında itki olmayıb. Hadisədən sonra Suriyadakı bütün enerji obyektlərinin mühafizəsi gücləndirilib.
