22
Fransada avtomobillərdə baş verən yanğını söndürən yanğınsöndürənlərə atəş açılıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə TF1 telekanalı məlumat yayıb.
Hadisə nəticəsində bir xilasedici yaralanaraq xəstəxanaya çatdırılıb.
Məlumata görə, naməlum şəxs yanğınsöndürənlərə atəş açdıqdan sonra yaxınlıqdakı ərazidə barrikada quraraq gizlənib.
Hadisə yerinə RAID xüsusi təyinatlı bölməsi cəlb olunub. Şübhəlinin saxlanılması istiqamətində əməliyyat davam edir.
