18
ABŞ Prezidenti Donald Tramp qanunvericilik imkan versəydi, daha bir müddət prezidentliyə namizədliyini irəli sürmək istəyəcəyini bildirib.
Ucnoqta.az xəbər verir ki, Tramp bu barədə “New York Post” qəzetinin “Pod Force One” podkastına müsahibəsində danışıb.
“Yenidən namizəd olmaq istərdim, lakin ABŞ Konstitusiyasına 22-ci düzəlişin müddəaları çox sərtdir”, – deyə o, müvafiq suala cavabında bildirib.
Ağ Ev rəhbəri prezidentlik müddətinin başa çatmasına daha iki il qaldığını da xatırladıb.
“Bu, çox iş görmək üçün kifayət qədər uzun müddətdir”, – deyə Tramp əlavə edib.
