28
Rusiya hava hücumundan müdafiə qüvvələri ötən gecə ölkənin müxtəlif regionları üzərində 433 Ukrayna pilotsuz uçuş aparatını (PUA) ələ keçirərək məhv edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, PUA-lar Belqorod, Bryansk, Kursk, Kaluqa, Tula, Oryol, Lipetsk, Voronej, Smolensk, Tambov, Volqoqrad, Rostov, Penza, Samara, Saratov, Orenburq və Ulyanovsk vilayətləri, həmçinin Tatarıstan və Başqırdıstan respublikaları üzərində vurulub.
