29
Dünya bazarlarında Azərbaycan neftinin qiymətində artım qeydə alınıb.
Ucnoqta.az xəbər verir ki, “Azeri Light” markalı neftin (CIF) bir barelinin qiyməti 3,88 dollar yüksələrək 126,16 dollara çatıb.
Bu, əvvəlki göstərici ilə müqayisədə 3,17 faiz artım deməkdir. Ötən ticarət sessiyasında Azərbaycan neftinin bir bareli 122,28 dollara satılıb.
