37
ABŞ Prezidenti Donald Tramp Kanada ilə ticarət sazişinin yaxın bir neçə ay ərzində imzalana biləcəyini bildirib.
Ucnoqta.az xəbər verir ki, Tramp bu barədə “Fox 2” telekanalına müsahibəsində danışıb.
Onun sözlərinə görə, saziş hətta ABŞ Konqresinə aralıq seçkilər keçirilənədək də imzalana bilər.
“Bəlkə də söhbət bir neçə aydan gedir. Bu, daha tez də baş verə bilər, hətta aralıq seçkilərdən əvvəl. Lakin mən düzgün saziş bağlamaq istəyirəm. Mən qısamüddətli deyil, uzunmüddətli perspektivdən çıxış edirəm. Saziş imzalananda bu, Amerika üçün əla razılaşma olacaq”, – deyə Tramp vurğulayıb.
ABŞ prezidentinin sözlərinə görə, əsas məqsəd tələsik qərar vermək deyil, ölkəsinin uzunmüddətli maraqlarına uyğun ticarət razılaşmasına nail olmaqdır.
