İran İslam Respublikası tarixində ilk dəfə ABŞ-yə qarşı məhkəmə prosesində maliyyə nəticəsi əldə edib və sanksiyalardan zərər çəkən xəstələr üçün kompensasiya almağa nail olub.
Ucnoqta.az xəbər verir ki, bu barədə “EB Evi” qeyri-hökumət təşkilatının baş direktoru Həmid Haşemi Qolpayeqani məlumat verib.
Fars agentliyinin məlumatına görə, söhbət dəridə qabarcıqların yaranması ilə müşayiət olunan irsi xəstəlikdən – bullyoz epidermolizdən əziyyət çəkən xəstələrdən gedir. Sanksiyalar səbəbindən onların müalicəsində istifadə olunan xüsusi sarğıların tədarükündə problemlər yaranıb.
Qolpayeqaninin sözlərinə görə, təşkilat 2018–2019-cu illərdə sanksiyaların yaratdığı problemlərlə bağlı hüquqi mübarizəyə başlayıb. 2021–2022-ci illərdə isə xəstələrin ailələri məhkəmə orqanlarına müraciət ediblər.
İş çərçivəsində neft yükü həbs edilib. Məqsəd məhkəmə tərəfindən müəyyənləşdirilən zərərin əvəzini xəstələrə ödəmək və vəsaiti qanuni qaydada onların arasında bölüşdürmək olub.
