Braziliyanın yenidən prezident seçilən Luis İnasio Lula da Silva ölkə tarixində ən çox səs toplayan namizəd olub.
Ucnoqta.az xəbər verir ki, Braziliyanın Ali Seçki Məhkəməsinin yekun məlumatlarına görə, Lula da Silva 64 milyon 256 min 232 seçicinin (51,79%) səsini qazanıb. Bununla o, 2022-ci ildəki şəxsi rekordunu yeniləyib. Həmin vaxt ikinci turda Jair Bolsonaroya qarşı 60 milyon 345 min 999 səs (50,90%) toplamışdı.
Sağçı müxalifətin namizədi, senator Flavio Bolsonaro isə builki seçkilərdə 59 milyon 826 min 41 səs (48,21%) əldə edib.
Lula da Silva Braziliya tarixində prezident vəzifəsini dördüncü dəfə tutacaq ilk siyasətçi olub. O, həmçinin 1997-ci ildə yenidən seçilmə qaydası tətbiq edildikdən sonra iki dəfə yenidən seçilən ilk dövlət başçısıdır.
Bundan başqa, Lula da Silva birinci turda rəqibindən geri qalmasına baxmayaraq, yekunda qalib gələn ölkənin ilk prezidentliyə namizədi olub. İlk turda Flavio Bolsonaro 47,03%, Lula da Silva isə 45,16% səs toplamışdı.
