Bəzi geyim və aksesuarlar qadınların görünüşünü olduğundan daha yaşlı göstərə bilər. Bir neçə il əvvəl dəbdə olan bəzi modellər isə 2026-cı ildə aktuallığını itirərək obrazın ümumi görünüşünə mənfi təsir göstərir.
Ucnoqta.az xəbər verir ki, ukraynalı dizayner Andrey Tan sosial şəbəkə hesabında bu il dəbdən düşən geyim və aksesuarları açıqlayıb, onların əvəzinə daha müasir alternativlər təklif edib.
Cırıq dar cins şalvarlar
Dar cins şalvarların bəzi modelləri yenidən dəbə qayıtsa da, həddindən artıq dar və çoxsaylı cırıqları olan variantlar aktuallığını itirir. Onları klassik, düz biçimli və az detallı cins şalvarlarla əvəz etmək məsləhətdir.
Mini çantalar
Telefonun belə yerləşmədiyi kiçik çantaların yerini orta ölçülü, rahat və geniş modellər tutur. Xüsusilə yumşaq formalı çantalar, “baget” modelləri və həcmli klatçlar ön plana çıxır.
Paperbag şalvarlar
Bel hissəsində artıq parça və iri bantlarla seçilən bu şalvarlar bel nahiyəsində əlavə həcm yarada bilər. Alternativ olaraq, aydın xətləri olan geniş biçimli şalvarlara üstünlük vermək tövsiyə olunur.
İri idman ayaqqabıları
Qalın platformalı və həcmli idman ayaqqabıları əvvəlki populyarlığını itirir. Onların əvəzinə retro üslublu, sadə dizaynlı idman ayaqqabıları, tekstil kətalar və nazik altlıqlı modellər seçilə bilər.
