26 oktyabr sevinc və xoş əhval-ruhiyyə günüdür. Bu gün kədərlənmək, darıxmaq və sıxılmaq məsləhət görülmür. Bunun üçün mütləq böyük şənlik təşkil etməyə ehtiyac yoxdur. Sadəcə, sevdiyiniz işlə məşğul olmaq və sizə zövq verən fəaliyyətlərə vaxt ayırmaq kifayətdir.
Ucnoqta.az günün ulduz falının təqdim edir.
Qoç
Bu gün işgüzar danışıqlar və yaxınlarınızla münasibətləri aydınlaşdırmaq üçün əlverişli deyil. Razılığa gəlmək çətin olacaq. Vaxtınızı və enerjinizi boş yerə sərf etməyin.
Buğa
İdmandan, xüsusilə ekstremal məşqlərdən və ağır yük qaldırmaqdan uzaq durun. Ehtiyatsız hərəkət zədələnməyə səbəb ola bilər.
Əkizlər
Sevdiyiniz insanlarla və dostlarınızla münaqişədən qaçmaq üçün ünsiyyətdə diqqətli olun. Əks halda, ziddiyyətli davranışlarınız münasibətlərinizə mənfi təsir göstərə bilər.
Xərçəng
Gününüzü sevdiyiniz işlərə həsr edin. Əsas işinizlə yanaşı, hobbinizlə məşğul olmaq da əhvalınızı yüksəldəcək.
Şir
Bazar ertəsi olmasına baxmayaraq, ev işlərinə vaxt ayırmaq faydalıdır. Ətrafınızı qaydaya salmaqla yanaşı, gündəlik qayğılardan uzaqlaşıb dincələ biləcəksiniz.
Qız
Gününüzü xoş və faydalı fəaliyyətlərə həsr edin. Açıq havada gəzmək və ya rəsm qalereyasına baş çəkmək sizə yeni ideyalar qazandıra bilər.
Tərəzi
Bu gün işlərə çox vaxt ayırmağa dəyməz. Diqqətinizi istirahətə yönəldin və qarşıdakı günlər üçün enerjinizi bərpa edin.
Əqrəb
Bayram etmək üçün səbəbiniz varsa, təşəbbüsü öz əlinizə alın. Hər şeyi başqalarından gözləməyin, özünüz üçün xoş anlar yaratmağa çalışın.
Oxatan
Uzun müddətdir düşündüyünüz vacib layihəyə hazırlaşmaq üçün əlverişli gündür. Planınızı dəqiqləşdirə, detalları nəzərdən keçirə və mümkün çətinlikləri əvvəlcədən müəyyənləşdirə bilərsiniz.
Oğlaq
Emosiyalarınızı nəzarətdə saxlamağa çalışın. Əks halda, mübahisələrə və münasibətləri aydınlaşdırmağa həddindən artıq enerji sərf edə bilərsiniz.
Dolça
Nişanlanmaq və ya nikahı rəsmiləşdirmək üçün əlverişli gündür. Münasibətlərinizi rəsmiləşdirməyi çoxdan planlaşdırırsınızsa, bu fürsəti dəyərləndirə bilərsiniz.
Balıqlar
İş günü olsa da, istirahətə vaxt ayırın. Enerjinizi daim sərf etmək əvəzinə, sevdiyiniz məşğuliyyətlərlə gücünüzü bərpa etməyə çalışın.
Bu gün kədərlənmək məsləhət deyil – Ulduz falı
39
