22 oktyabr üçün ulduz falı tərtib olunub.
Ucnoqta.az astroloji proqnoza əsasən xəbər verir ki, gün ərzində uğur qazanmaq üçün fəal olmaq vacibdir. Hadisələrin öz-özünə yoluna düşəcəyini gözləyənlər istədikləri nəticəni əldə edə bilməyəcəklər.
Qoç
İş və şəxsi həyatda uğur qazanmaq üçün özünəinam vacibdir. Xoşbəxtlikdən, bu baxımdan ciddi probleminiz yoxdur. Öz gücünüzə inanaraq irəliləyə bilərsiniz.
Buğa
Bu gün mühüm qərarları tərəddüd etmədən verməyə çalışın. İntuisiyanıza güvənmək düzgün seçim etməyinizə kömək edə bilər.
Əkizlər
Günün işlərini əvvəlcədən planlaşdıranlar daha məhsuldar olacaqlar. Əks halda, çoxsaylı tapşırıqlar və qayğılar arasında vaxtınızı itirə bilərsiniz.
Xərçəng
İstər iş layihəsi, istərsə də ev qayğıları olsun, başladığınız işi sona çatdırın. Yarımçıq qalan məsələlər irəliləməyinizə mane ola bilər.
Şir
Bu gün sözlərdən əmələ keçmək vaxtıdır. Konkret addımlar atmaq və planlarınızı həyata keçirmək üçün əlverişli gündür.
Qız
İşdə nə qədər məşğul olsanız da, ailənizə vaxt ayırmağı unutmayın. Son vaxtlar yaxınlarınıza kifayət qədər diqqət göstərə bilməmisinizsə, bunu düzəltməyin vaxtıdır.
Tərəzi
Maliyyə məsələlərini həll etmək üçün əlverişli gündür. Kiçik və ya böyük olmasından asılı olmayaraq, maliyyə planlarınızı nəzərdən keçirmək və yeni addımlar atmaq faydalı ola bilər.
Əqrəb
Bu gün öz maraqlarınızı ön plana çəkməkdən çəkinməyin. Başqalarının ehtiyaclarını düşünərkən özünüzü unutmamağınız vacibdir.
Oxatan
Həyatınızda müsbət dəyişikliklərin başlanğıcı ola bilər. Qarşılaşdığınız çətinliklər tədricən geridə qala bilər. Cəsarətli planlarınızı həyata keçirmək üçün fürsətləri dəyərləndirin.
Oğlaq
Sizin üçün dəyərli olan bir insanla köhnə incikliyi aradan qaldırmaq imkanı yarana bilər. Münasibəti bərpa etmək istəyirsinizsə, fürsəti əldən verməyin.
Dolça
Peşəkar uğurun açarı diqqətinizi işə yönəltmək və əzmlə irəliləməkdir. Mənasız mübahisələrə və söhbətlərə vaxt sərf etmək planlarınıza mane ola bilər.
Balıqlar
Sizə dəfələrlə yalan danışan insanlarla münasibətlərinizi yenidən nəzərdən keçirin. Yaxınlarınızdan birinin sizi aldatdığını aşkar etsəniz, sərhədlərinizi müəyyənləşdirməkdən çəkinməyin.
Ulduz falı: Bürcləri nələr gözləyir?
37
