40
ABŞ korrupsiya və narkotik qaçaqmalçılığı ilə mübarizə çərçivəsində Kolumbiyanın 21, Boliviyanın isə 40 vətəndaşına qarşı viza məhdudiyyətləri tətbiq edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubionun Dövlət Departamentinin mətbuat xidməti tərəfindən yayılan bəyanatında bildirilib.
Rubio qeyd edib ki, tədbirlər siyasi mənsubiyyətindən asılı olmayaraq, korrupsiya və narkotik ticarəti vasitəsilə region ölkələrinin demokratik yolla seçilmiş hökumətlərinin fəaliyyətinə mane olan şəxslərə qarşı yönəlib.
Məhdudiyyətlərə keçmiş dövlət məmurları, qanunvericilər, enerji şirkətlərinin rəhbərləri, digər şəxslər və onların ailə üzvləri daxil edilib.
