42
İtaliyanın “Milan” klubunun fransalı qapıçısı Mayk Menyan Avropa Liqasının Liqa mərhələsinin III turunda İngiltərənin “Bornmut” komandası ilə səfər matçında qırmızı vərəqə alıb.
Ucnoqta.az xəbər verir ki, hadisə oyunun 27-ci dəqiqəsində baş verib. Künc zərbəsi zamanı Menyan ABŞ millisinin yarımmüdafiəçisi Tayler Adamsın üzünə zərbə endirib.
Həmin vaxt “Bornmut” 1:0 hesabı ilə öndə olub.
