Böyük Britaniya hökuməti əhalini mümkün müharibəyə hazırlamaq məqsədilə “Be Ready” (“Hazır ol”) adlı məlumatlandırma kampaniyasına başlayıb.
Ucnoqta.az xəbər verir ki, fövqəladə vəziyyətlərdə necə davranmaq barədə tövsiyələr xüsusi internet portalında dərc olunub. Yaxın vaxtlarda bu məlumatların media və ictimai təşkilatlar vasitəsilə də yayılması nəzərdə tutulur.
Britaniya hakimiyyəti sakinlərə gözlənilməz hallar üçün üç günlük ərzaq və su ehtiyatı saxlamağı, evdə nağd pul, pasportların surətləri, vacib telefon nömrələri, dərmanlar, portativ enerji yığma cihazları, radioqəbuledici və fənər saxlamağı tövsiyə edir.
Kampaniya hökumətin qarşıdakı üç il ərzində həyata keçirməyi planlaşdırdığı, vətəndaş cəmiyyətinin fövqəladə vəziyyətlərə davamlılığının artırılmasına yönəlmiş daha geniş proqramın tərkib hissəsidir.
Böyük Britaniyanın keçmiş baş naziri Kir Starmer daha əvvəl ölkənin 2030-cu ilədək hərbi münaqişəyə hazır olmalı olduğunu bildirmişdi.
