44
Səudiyyə Ərəbistanının şərqində yerləşən Dammam şəhərində Kral Fəhd adına Beynəlxalq Hava Limanına hücum nəticəsində iki nəfər ölüb, səkkiz nəfər yaralanıb.
Ucnoqta.az xəbər verir ki, Krallığın Mülki Aviasiya Baş İdarəsinin məlumatına görə, ölənlərdən biri Səudiyyə Ərəbistanı, digəri isə Hindistan vətəndaşıdır.
Yaralılar arasında Səudiyyə Ərəbistanı, Banqladeş, Hindistan, Yəmən və Nepal vətəndaşları var. Onların hamısı xəstəxanalarda tibbi yardım alır.
