34
Venesuela hökuməti ilə müxalifət nümayəndələri arasında danışıqların üçüncü raundu Karakasda başa çatıb.
Ucnoqta.az xəbər verir ki, görüşdə demokratiyanın gücləndirilməsi, söz azadlığı, məhkəmə sistemi, siyasi sabitlik və seçkilərin keçirilməsi müzakirə olunub.
Tərəflər Böyük Britaniyadan İngiltərə Bankında saxlanılan Venesuelaya məxsus ehtiyat aktivlərinin qaytarılmasını tələb ediblər. Bildirilib ki, vəsait zəlzələdən zərər çəkmiş əhaliyə yardım üçün istifadə olunacaq.
Həmçinin rəqəmsal media sahəsində məhdudiyyətlərin aradan qaldırılması və radio tezliklərinin istifadəsini tənzimləyən qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində işlərin davam etdirilməsi razılaşdırılıb.
