36
Oktyabrın 22-nə keçən gecə Moskva, Lipetsk, Tula, Kursk və Belqorod vilayətlərində partlayışlar baş verib. Sankt-Peterburqda da dron hücumu təhlükəsi barədə məlumat yayılıb.
Ucnoqta.az xəbər verir ki, Moskva meri Sergey Sobyanin bildirib ki, axşam saatlarından etibarən Moskva istiqamətində 630 pilotsuz uçuş aparatı (PUA) hərəkət edib. Onun sözlərinə görə, paytaxta yaxınlaşan 163 dron məhv edilib. Voronovo rayonunda iki nəfərin xəsarət aldığı bildirilib.
Lipetskdə isə hücum nəticəsində bir neçə yaşayış binasının fasad və pəncərələrinə, eləcə də poliklinika binasına ziyan dəyib. 2001-ci il təvəllüdlü kişi xəstəxanaya yerləşdirilib. Yerli sakinlər çoxmərtəbəli binada partlayış və yanğın baş verdiyini də bildiriblər.
