39
Oktyabrın 22–24-də Günəş aktivliyinin orta səviyyədə olacağı, geomaqnit sahəsində isə zəif və mülayim dalğalanmaların müşahidə ediləcəyi proqnozlaşdırılır.
Ucnoqta.az xəbər verir ki, ABŞ Milli Okean və Atmosfer Administrasiyasının (NOAA) Kosmik Hava Proqnozlaşdırma Mərkəzinin məlumatına görə, qeyd olunan tarixlərdə geomaqnit aktivliyin K-indeksinin 3–4 səviyyəsində olacağı gözlənilir. Bu göstəricilər zəif və mülayim geomaqnit aktivliyə uyğun gəlir.
Proqnoza əsasən, həmin günlərdə güclü maqnit qasırğası gözlənilmir. Geomaqnit sahəsində baş verə biləcək dəyişikliklərin insanların əksəriyyətinin səhhətinə nəzərəçarpacaq təsir göstərməsi ehtimalı aşağıdır.
