36
Facebook və Instagram sosial şəbəkələrinin sahibi Meta şirkətinə qarşı Avstraliya Federal Məhkəməsində kollektiv iddia qaldırılıb.
Ucnoqta.az xəbər verir ki, iddiaçılar sosial şəbəkələrin uşaqlar və yeniyetmələr arasında asılılıq yaratdığını, onların zərərli məzmuna məruz qalmasına səbəb olduğunu bildirirlər.
Vəkil Devid Teylorun sözlərinə görə, iddiada Meta-nın sosial şəbəkələrin uşaqlara potensial zərərindən xəbərdar olduğu və istifadəçi fəallığını artıran funksiyalardan yararlandığı iddia edilir.
Kompensasiya tələbi 18 yaşına çatmamış Facebook və Instagram istifadəçilərinə, o cümlədən bu platformalardan artıq istifadə etməyən şəxslərə də şamil olunur.
