33
ABŞ Prezidenti Donald Tramp Rusiya ilə Ukrayna arasında müharibənin dayandırılması istiqamətində aparılan danışıqlarda yanlış addımlardan yayınmağa çalışdığını bildirib.
Ucnoqta.az xəbər verir ki, Ağ Evdə jurnalistlərin suallarını cavablandıran Tramp Rusiya Prezidenti Vladimir Putinlə ABŞ-ın xüsusi nümayəndəsi Stiv Uitkoff arasında Sankt-Peterburqda keçirilən görüşü şərh edərək, müharibənin başa çatmasına yaxın vəziyyəti çətinləşdirmək istəmədiyini vurğulayıb.
O, həmçinin Rusiya tərəfinin ABŞ və İsrailin İranla müharibəsi ilə bağlı mövqeyini yüksək qiymətləndirdiyini və Moskva ilə danışıqlardan məmnun olduğunu bildirib.
