29
Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinin ərazilərin bir hissəsinin itirilməsini nəzərdə tutan sülh razılaşmasını qəbul edə biləcəyini bildirib.
Ucnoqta.az xəbər verir ki, Zelenski bu barədə “Fox News” telekanalına müsahibəsində danışıb.
Jurnalistin hazırkı vəziyyətin dondurulmasını nəzərdə tutan və Ukraynanın ərazisinin ən azı 75 faizini qoruyub saxlamasına imkan verən sülh razılaşmasını qəbul edib-etməyəcəyi ilə bağlı sualını cavablandıran Zelenski bunun müharibəni başa çatdırmaq üçün real yol ola biləcəyini deyib.
O bildirib ki, əgər döyüşləri hazırkı vəziyyətdə dayandırmaq mümkün olarsa, bu, müharibənin sona çatması üçün real variantdır.
