31
ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff Rusiyanın Prezidenti Vladimir Putinlə Sankt-Peterburqda keçirilən bugünkü görüşü konstruktiv adlandırıb.
Ucnoqta.az xəbər verir ki, Uitkoff bu barədə “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.
“Biz Osloda əldə olunan irəliləyişləri möhkəmləndirmək üçün Sankt-Peterburqda Rusiya Prezidenti Vladimir Putinlə görüşdük”, – deyə o bildirib.
Xüsusi nümayəndənin sözlərinə görə, danışıqlar konstruktiv xarakter daşıyıb və ABŞ, Rusiya və Ukrayna arasında texniki səviyyədə keçiriləcək üçtərəfli danışıqlar çərçivəsində davam etdiriləcək.
