ABŞ Prezidenti Donald Tramp Fransada iğtişaşlarda iştirak edən qeyri-qanuni miqrantların ölkədən deportasiya edilməli olduğunu bildirib.
Ucnoqta.az xəbər verir ki, Tramp bu barədə Ağ Evdə jurnalistlərlə söhbəti zamanı danışıb.
Fransadakı etirazların qarşısını almaq üçün təhsil sahəsinə əlavə vəsait ayrılmasının vəziyyəti dəyişib-dəyişməyəcəyi ilə bağlı suala cavab verən ABŞ lideri problemin təhsillə deyil, miqrasiya ilə bağlı olduğunu deyib.
“Problem qeyri-qanuni miqrantlardadır. Onlar, əslində, Fransaya nifrət edirlər. Hər şeyə, hətta memarlığa belə nifrət edirlər”, – deyə Tramp bildirib.
O, Fransada baş verən hadisələrə toxunaraq ölkəyə buraxılan həmin şəxslərin deportasiya edilməli olduğunu vurğulayıb. Trampın sözlərinə görə, əks halda Fransa ciddi təhlükə ilə üzləşə bilər.
