36
Zelenski Rusiyanın neft emalı zavodlarına hücumları dayandırmaq müqabilində ABŞ-dan Patriot istəyib
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın neft emalı zavodlarına zərbələrin 30 gün müddətinə dayandırılmasını təklif edib.
Ucnoqta.az xəbər verir ki, bunun müqabilində o, ABŞ-dan həmin müddət ərzində Rusiyanın ballistik raket hücumlarından müdafiə üçün “Patriot” hava hücumundan müdafiə sistemlərinin raketəleyhinə vasitələrini istəyib.
“Axios” portalının məlumatına görə, Zelenski bu təklifi bazar günü ABŞ Prezidenti Donald Trampın xüsusi elçisi Stiv Uitkoff və onun kürəkəni Cared Kuşnerlə telefon danışığı zamanı səsləndirib.
