28
ABŞ Prezidenti Donald Tramp Nyu-Meksiko ştatının adının dəyişdirilərək “Yeni Amerika” qoyulmasını təklif edib.
Ucnoqta.az xəbər verir ki, Tramp bu barədə “Truth Social” sosial şəbəkəsində paylaşım edib.
“Yeni Meksiko ştatının adı dərhal Yeni Amerika olaraq dəyişdirilməlidir. Biz Meksika deyilik, Amerika Birləşmiş Ştatlarıyıq!” – deyə ABŞ prezidenti yazıb.
Trampın fikrincə, ştatın adının dəyişdirilməsi onun dəyərini və nüfuzunu artıra, həmçinin əhalinin gəlirlərinin yüksəlməsinə səbəb ola bilər.
