38
Avropa İttifaqı Avropanı sivilizasiya baxımından məhv edir. Bu fikri Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili səsləndirib.
Ucnoqta.az xəbər verir ki, Papuaşvili bu barədə keçirdiyi brifinqdə danışıb.
“Demək olar ki, Aİ bu gün Avropanı sivilizasiya baxımından məhv edir. Brüsselə və Avropa İttifaqına qarşı tənqidi mövqeyimizin səbəbi də Avropanı, formalaşmasında bizim də iştirak etdiyimiz sivilizasiyanı xilas etmək istəyimizdir. Bu gün Aİ-nin Avropanı hansı istiqamətə apardığını görürük”, – deyə o bildirib.
Gürcüstan parlamentinin spikeri vurğulayıb ki, Avropanı sivilizasiya uçurumuna yuvarlanmaqdan qorumaq üçün onu Brüsselin və Avropa İttifaqı rəhbərlərinin siyasətindən xilas etmək lazımdır.
